Mahmud Əhmədinejad Türkiyə prezidenti Abdulla Güllə İranın nüvə proqramını müzakirə edəcək
İran prezidenti Mahmud Əhmədinejad avqustun 14-də Türkiyəyə gedəcək. Onun İstanbulda Türkiyə prezidenti Abdulla Güllə görüşü gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, iki lider görüş zamanı İranın mübahisəli nüvə proqramını müzakirə edəcək. İkitərəfli münasibətlər də müzakirə mövzusu olacaq.
M.Əhmədinejad 2004-cü ildən bəri Türkiyəyə səfər edəcək ilk yüksək rütbəli şəxs olacaq. /ANS PRESS/